Uşaq ürəyi

Cuore | Edmondo de Amicis

Edmondo de Amiçis

  • Səhifə: 286
  • Ölçü: 140x210
  • Çap tarixi: 06.2024
  • ISBN: 9789952463071
  • Qiyməti: 7 AZN

“Uşaq ürəyi” əsəri məktəblilər üçün vəfalı dost, valideyn və müəllimlər üçün ələdüşməz bələdçidir.

“Uşaq ürəyi” italyan xalqının görkəmli yazıçısı, pedaqoq Edmondo de Amiçisin şah əsəri, klassik dünya uşaq ədəbiyyatının nadir nümunələrindən biridir. O bu kitabı oğlunun ibtidai məktəbdə oxuyarkən tutduğu gündəliklər əsasında qələmə almışdır. İlk dəfə 1886-cı ildə nəşr olunan kitab, demək olar ki, bütün dünya dillərinə tərcümə olunmuşdur. Pedaqogika mütəxəssisləri bu əsəri “dünyanın ən faydalı uşaq kitabı” hesab edirlər. Romanı fransız dilinə tərcümə edən yazıçı A.Piazzi əsəri yüksək qiymətləndirir: “Bu kitabı oxumayan uşaq bədbəxt sayılır. Bu kitabı uşaqlarına oxutmayan ana-ata və müəllimlər buna görə məsuliyyət daşıyırlar. Və bu kitabın oxudulmadığı məktəb məktəb deyildir”. 100 ildən çoxdur, bütün dünyanı dolaşan, uşaq və böyüklərin əlindən düşməyən bu klassik əsərin dilimizdə ilk dəfə nəşri əlamətdar hadisədir.

“Uşaq ürəyi”nin başlıca amalı sabahın böyükləri olacaq uşaqlarımızı yaxşıya, gözələ, doğruya yönəltmək və onları yaxşı insan – yaxşı vətəndaş olaraq ailə, cəmiyyət və bəşəriyyət üçün faydalı bir fərd kimi yetişdirməkdir. Bir uşağa ən böyük yaxşılığı etmək istəyirsinizsə, – bəlkə də, iddialı fikirdir – ona “Uşaq ürəyi”ni oxudun. Qoy uşağın qəlbi bu kitabla döyünsün, əxlaqı bu əsərlə gözəlləşsin. “Uşaq ürəyi”ni oxuyan və qəhrəmanın keçirdiyi hissləri yaşayan bir uşaq pis insan olmaz, ola bilməz.

Bu elə bir əsərdir ki, oxuyandan bir müddət sonra hadisələri, qəhrəmanları unudursan, keçirdiyin hissləri isə bir ömür boyu əsla!

Bu kitabda hər şey var: valideyn sevgisi, vətən məhəbbəti, xeyirxahlıq, dostluqda vəfa, elmin dəyəri, çalışqanlıq, zəhmətin ucalığı və müəllimlərin fədakarlığı… Ən əsası da hadisə və təsvirlərə uşaq qəlbinin kövrəkliyi, uşaq dünyasının zərafəti hopub… Həyat uşaqların gözündə necə də gözəl və mənalıdır.
Tərcüməçi: İmanyar Quliyev

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.