Sənə deyəsi o qədər sözüm var ki…

Everything I Never Told You | Celeste Ng

Selesta İnq

  • Səhifə: 334
  • Ölçü: 135x195
  • Çap tarixi: 2021
  • ISBN: 9789952463163
  • Qiyməti: 11 AZN

“Lidiya öldü. Ancaq evdə bunu hələ bilmirlər.” Yalançı ümidlərdən və deyilməmiş sözələrdən bəhs edən roman belə başlayır. Valideynlərinin sevimlisi Lidiyaya, anasının reallaşmayan xəyalları və atasının dünyada özünə bir yer tapma arzusunun arasında qalıb əzilirdi… Lakin bunu bilən yox idi. Anasının fikrincə, o evdar qadın deyil, həkim olmalı, atasına görə isə, o özünə parlaq bir gələcək qurub bu diyardan çıxıb getməli idi. Bir gün Lidiya cəsədi göldə tapılanda bütün xəyallar puç olur… Ailəni bir yerdə saxlayan nazik ip qırılır, ailə üzvləri muncuqlar kimi hərə bir tərəfə səpələnirlər… Sirlər bir-bir üzə çıxır…
Qızının ölümündə özünü günahkar bilən Ceyms addım-addım ailədən uzaqlaşır, Merilin isə qızının qatilini tapmaq ehtirası ilə hamını özündən uzaqlaşdırır. Nat bacısının ölümündə günahlandırdığı qonşu Cekdən intiqam almaq üçün alışıb-yanır. Baş verən hadisələri bütün çılpaqlığı ilə görən yeganə insan ailənin sonbeşiyi “gözəgörünməz” Hannadır.
“Sənə demək istədiyim o qədər şey var ki…” qurtuluşu yalanda axtaranların romanıdır.
Bu roman travmalı valideynlərin övladlarını, istəmədən, travmaya məruz qoymağından bəhs edir. Bu roman valideyn “sevgi” və “xoş niyyətinin” nələrə qadir olduğundan danışır. Və nəhayət, bu roman, susmağın bəzən ölümcül nəticələrə gətirib çıxarmasından xəbər verir
Selesta İnqin bu romanı İngilis ədəbiyyatında son illərin ən diqqətçəkən kitablarından biridir. Tənqidçilərin “sarsıdıcı” deyə təsvir etdiyi bu debüt roman gənc yazıcının parlaq gələcəyindən xəbər verir.

2014 APA Ədəbiyyat mükafatı laureatı
2015 Amerika Kitabxanalar Birliyi “Alex” mükafatı laureatı
2015 “Medici” Kitab Klubu mükafatı laureatı
2015 “Massachusetts” Kitab mükafatı laureatı
2015 “Daggers Awards” mükafatı laureatı
2015 “Goodreads” saytının “Ən yazşı debüt roman” nominasiyası  üzrə qalibi
2017 “Livelib” saytının “Xarici əbədiyyat” nominasiyası üzrə qalibi

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.