Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Salli Runi baş verənlərin mahiyyətini izah edir

Tarix: 04.09.2019 | Bu məqalə 1. 616 dəfə oxunub.

salli-runi-bash-verenlerin-mahiyyetini-izah-edir
İyirmi səkkiz yaşlı irlandiyalı yazıçı Salli Runini artıq “Snepçat nəsilinin Selinceri” adlandırırlar. Müxbirimiz A.N.Devers ədəbiyyatın rok-ulduzu ilə evində görüşərək söhbətləşib.Görüşün üstündən yarım saat keçməmiş biz artıq Salli ilə dünyanın axırından danışmağa başlayırıq. Ancaq, daha yaxşı olardı ki, başdan başlayaq. Sallinin vətəni Dublindəki “Library Bar”a girəndə iyirmi səkkiz yaşlı yazıçı məni pəncərə yanında bir masa seçərək və üzü giriş qapışana tərəf oturaraq alçaq dəri kresloda gözləyirdi. “Central Hotel”in ikinci mərtəbəsində gizlənən sadə barı turistlər tanımasa da, yerlilər tərəfindən yaxşı tanınır. Bura çox rahat məkandır.

Salamlaşırıq və yemək sifarişi veririk – ətli sendviç, ona fri kartof, mənə isə pomidor şorbası. Hiss edirəm ki, təbrik etmək üçün uyğun vaxtdır. Axı iki gün əvvəl Salli Runi ikinci əsəri olan “Normal People” romanına görə (Bir vaxtlar Uitbred premiyası kimi tanınan) Kosta Mükafatının  ən cavan laureatı seçilib. Onun bu əsəri “the Waterstones” kitab satış şəbəkəsi tərəfindən ilin kitabı seçilib, bu roman həmçinin Buker mükafatına da namizəd göstərilmişdi. Üstəlik, Salli Runi “Snepçat nəsilinin Selinceri” və “min illiyin səsi” adlarına da layiq görülüb. Romanın ətrafında qopan hay-küy ədəbiyyat dünyasını həyəcana gətirib, hətta ameirkalı bir rəfiqəm kitabı oxumağı o qədər çox istəyirmiş ki, romanı “qara bazar”dan satın almalı olub.

Salli başını tərpədib “sağ ol” deyir və təvazökarlıq edib xoş sözlərin onu sevindirdiyini, lakin bir qədər də qorxutduğunu söyləyir. “Başqa insanlardan fərqim nədir? Başa düşə bilmirəm, niyə insanlar haqqımda bu qədər maraqlanırlar?” – deyir.

Ona göstərilən maraq Sallinin təəccübləndirsə də, debüt romanı “Conversations with Friends” və “Normal People” əsərləri şübhəsiz, oxucu rəğbətini qazanıb ki, insanlar onun həyatı ilə maraqlanırlar. Bu cür minimalizmə meyilli olan Salli Runi – azacıq makyaj, dağınıq tünd saçlar, əynində “vodolazka”  − kübar xanıma (“It Girl”) çevrilib. Bu termin 1927-ci ildə Britaniya yazıçısı Elinor Qlinin əsərinin süjeti əsasında çəkilən və baş rolda Klara Bounun oynadığı “O” (“It”) filmindən sonra məşhurlaşıb. Film müəllifin “It Girl” tərifi ilə açılır. “O qadın” həm ağıl, həm də fiziki gözəllik ola bilər. Amma, bu adı 2019-cu ildə Salliyə vermək mənə primitiv və yanlış, ən azı cılız gəlir.

Gəlin başqa tərəfdən yanaşaq. Sallidə əksər məşhur yazıçılarda olmayan istedad var. Bu istedad sayəsində o öz süjet və dialoqlarında insanların mobil telefonlardan, sosial şəbəkələrdən, kommunikativ alətlərdən istifadə formasını − və onların xarici görünüşümüzə, özünüdərkə, qarşılıqlı münasibətlərə və şüura təsirini − elə məharətlə təsvir edir ki, bəzək-düzəkdən uzaq olub olduqca təbii alınır. Düzdür, bu yeni minilliyə xas bir anlayışdır, amma o bunu XIX əsr ədəbiyyatın üsulları ilə edir ki, bu çox təbii haldır, çünki hər iki romanını yazarkən acgözlüklə Ceyn Ostin bə Corc Eliotu oxuyurmuş. Hal-hazırda o Henri Ceymslə yaxından maraqlanır. Həmçinin BBC Three telekanlına “Normal People” ssenasisini yazır.

“Normal People” romanında hadisələrin bir qismi Dublində, hazırda oturduğumuz yerin beş dəqiqəlik məsafəsində baş verir. Kitab eyni şəhərdən gələn Triniti-kollecin iki tələbələrindən, onların məhrəm, mürəkkəb və əsrarəngiz münasibətlərindən bəhs edir (Salli buradan məzun olub). Bu roman ehtiras və depressiyadan, məhəbbət və apatiyadan, cavanlıq illərindən, ictimai və sinfi quruluşlardan, duyğulardan, münasibət qurmaq üçün bir çox yol olmasına baxmayaraq emosiyaları ifadə etməyin və başqaları ilə bölüşməyin çətinliyindən danışır. İnsanlar müxtəlif qadjetlərdən istifadə edirlər. Kimiləri ehtiyatla, kimiləri ehtiyatsız, kimiləri isə ümumiyyətlə, məsləhət görmür. Sallinin “Conversations with Friends” romanı məhz bu hislərdən bəhs edir, buna baxmayaraq, hər iki əsər də tamamən fərqli insanların həyatından danışır, hər iki roman da bir-birindən müstəqil süjet xəttə malikdir.

Yazıçı və Sallinin rəfiqəsi olan Şeyla Heti (Sheila Heti) əsəsrləri barədə deyir: “Yazdığı mətndə heyrətamiz bir şey var. “Normal People” romanının birinci səhnəsindəki corablı qadınların təsviri insanı valeh edir”. Heti həmçinin Sallinin sadə və lakonik üslubunu yüksək qiymətləndirir: “Yazılarında özünəgüvən hiss olunur. Bəzən baş qəhrəmanlar təhqir olunsalar da, bu sadəcə həmin özgüvəni möhkəmləndirir”. Heti ümumi rəylərlə razıdır ki, Salli Runinin yaradıcılığında XIX əsr yazıçıların izləri var. Ancaq eyni zamanda vurğulayır ki, Sallinin əsərləri ultramüasirdir.

Salli XIX əsr ədəbiyyatından xoşu gəldiyini etiraf edir. Bəzi təzadlara və çatışmazlıqlara baxmayaraq, həmin dövrə xas burjuaziyanın qabarıqlığı və gender məsələləri onu çox maraqlandırır. Çox vaxt XIX əsr burjuaziya roman çərçivələrindən kənara çıxan baş qəhrəman qadın əsərin sonunda ölür, çünki cəmiyyət üçün hədsiz təhlükəlidir. Elə bil yazıçı özü belə onu yola gətirə bilmir, ona görə də sadəcə olaraq onu öldürür. Bir sözlə müəllif öldürüb ondan canını qurtarır: ya onu hansısa bir obraz qətlə yetirir, ya da dərmansız bir xəstəlikdən vəfat edir. Henri Ceyms, Dostoyevski belə edirdilər. XIX əsrin ədəbiyyatına bəslədiyi dərin məhəbbətə baxmayaraq onun məhdudiyyəti – bu məhdudiyyət müasir romanlarda da var  – Sallidə ikrah hissi yaradır, əsəbiləşdirir və təəssüfləndiririr.

Onun bəyəndiyi üslubu müəyyən edən kapitalizmin kəskin tənqididir, Sallinin fikrincə, bu özlüyündə böyük bir problem təşkil edir. “Sistem işləmir, – deyir o. – Hətta sizə elə gəlirsə ki, hansısa bir yerdə işləyir, bilin, sadəcə olaraq onun zəif cəhətlərinin üstü örtülüb”. Amerikalıların qeyri-leqal sexlərdən ucuz mallar satın almaq üçün bütün şəhərətrafı binaları maşınla gəzmə vərdişlərini yada salıb onunla razılaşıram. “Gəzməkdən xoşum gəlir, – deyir Salli. – Dostumun yarı qohumları amerikalılardır və ilk dəfə mənə səkisiz şəhərətrafı küçələrin fotoşəkillərini göndərdiyi günu yaxşı xatırlayıram“. Bəlkə də Salli insanların onun şəxsi həyatını deyil, ekoloji problemlər haqqında daha çox oxumağını, eyni zamanda bunu xatırladan adam olmamağı istəyir.

Əlbəttə müsbət anlar da yox deyil, məsələn keçən yaz irlandiyalı qadınlar ölkədə abort qadağasının ləğv edilməsinə nail olublar və Salli bundan məmnundur. O sosializmin müsbət inkişafa nail olma imkanına inanmaqla yanaşı, bunun üçün kifayət qədər vaxtın qalmamasından da qorxur. “Planetimizin ölmə sürəti onu göstərir ki, sivilizasiyanın çökmə ehtimalı yüksəkdir, – deyir. – Əgər sivilizasiya çökərsə və biz beləcə, bir az ayaq saxlasaq, o zaman planetimiz həyat üçün yararlı hala gələ bilər. Əlbəttə ki, sivilizasiyasının indiki infrastrukturu olmaması.

Bəs bu bu vaxta qədər yazıçı neyləsin? Əgər bu Salli Runidirsə, yazmağa davam etsin. Üstəlik, axırzəmanənin bütün variantları pis deyil. İrlandiyada abort qadağası artıq ləğv edilib. Mən onu kübar xanım (“It Girl”) adlandırdım və bu termin o saat istifadədən çıxdı. Və ilk dəfə – biz belə bilirik – ən cavan ədəbiyyat dahisi kişilərdən çıxmayıb.. Qarşısında oturub mən bir qədər onun intellektindən qorxuram – asanlıqla görünür ki, kollecdə bütün debatlarda qalib olub və yeni nəsil şübhəsiz, əgər razı olarsa, onu öz nəslinin nümayəndəsi seçərdi. Əgər bəxtimiz gətirsə, Runi sonadək yazmağa davam edəcək. Biz isə, ən azı nə baş verdiyini anlamaq üçün oxuyacağıq.

A.N. Devers

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın


Copy Right © 2013
Bütün hüquqları qorunur.