Qadınlar danışır

Miriam Toews | Women talking

Miriam Teyvz

  • Səhifə: 210
  • Ölçü: 135x195
  • Çap tarixi: oktyabr 2025
  • ISBN: 9789952463460
  • Qiyməti: 10 AZN

Bir axşamüstü səkkiz mennonit qadın Ernestin tövləsində toplaşır. Məqsəd gizli bir yığıncaq keçirib icmada baş verən hadisələr haqqında bir qərara gəlməkdir. Çünki iki ildir ki, bu qadınlar və yüzdən çox qız gecələr “şeytanlar” tərəfindən zorlanır. Bu azmış icmanın rahibi və aşağıçaplıları onları inandırmağa çalışırlar ki, günahlarının cəzasını çəkirlər.
Zaman keçdikcə ortaya çıxır ki, bu “şeytanlar” elə onların öz icmalarından olan kişilər imiş — qadınları xanimotdan hazırlanan yuxugətirici dərmanla huşsuz vəziyyətə salıb təcavüz edirmişlər.
Həqiqət üzə çıxanda qadınlar ağır bir seçim qarşısında qalırlar: ya bu qəddar sistemdə susaraq yaşamağa davam edəcəklər, ya da icma tarixində ilk dəfə buxovlardan azad olub koloniyanı tərk edəcəklər.
Kişilər təcavüzçüləri girov müqabilində həbsdən çıxarmaq üçün şəhərə yollanmışkən savadsız, dünyadan bixəbər, hətta yaşadıqları ölkənin rəsmi dilini belə bilməyən bu qadınlar qərar verməlidirlər. Qalmaq, yoxsa getmək? Əfv etmək, yoxsa azadlığa yol almaq?
Gerçək hadisələrə əsaslanan bu sarsıdıcı roman qadınların səssiz müqavimətini, azadlıq arzusunu və öz səsini tapmaq uğrunda apardığı mübarizəni ədəbiyyatın ümumbəşəri dili ilə oxucuya çatdırır. Miriam Teyvz “Qadınlar danışır” romanında həm qadın həmrəyliyini, həm də patriarxal zülmə qarşı görünməz, eyni zamanda qarşısıalınmaz bir üsyanı sözə çevirir. Bu sadəcə bir roman deyil. Bu, illərlə susdurulmuş qadınların danışmağa başladığı andır.

“Heç bir roman məni bu əsər qədər sarsıtmamışdı – iztirab, sevgi və qəzəb yavaş-yavaş közərir, ardınca böyük bir güclə alov püskürür, eynən qarşısıalınmaz vulkan kimi. Son illərdə oxuduğum heç bir əsər dövrümüzün ağrılarını bu qədər aydın dildə gətirməyib, üstəlik, mənə bu qədər fövqəlaman hissi də yaşatmayıb. Miriam Teyvz sanki çağdaş Qərb ədəbiyyatında qədim yunan faciəsini yenidən səhnələşdirib”.
— Loren Qroff (Lauren Groff)
“Fates and Furies” və “Florida” romanlarının müəllifi

“Miriam Teyvz çağdaş bir klassika ərsəyə gətirib. Real, səmimi və dəhşətli… Bu roman mükəmməl bir sənət əsəridir”.
— Ketrin Leysi (Catherine Lacey)
“The Answers” və “Nobody is Ever Missing” romanlarının müəllifi

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.