Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Puşkinin pilləkənləri

Tarix: 04.09.2019 | Bu məqalə 1. 698 dəfə oxunub.

pushkinin-pillekenleri
Klassik rus ədəbiyyatının qurucusu qəbul edilən Aleksandr Sergeyviç Puşkin (1799-1837) sürgün və məhrumiyyətlərlə dolu həyatı boyunca Rus Çarlığının bir çox şəhərlərində yaşamış və əsərlərini də bu şəhərlərdə qələmə almışdır. Şübhəsiz, Puşkin özündən sonra gələn gənc yazar və şairlərə nümunə olmuş, maarifçilik hərəkatının öncülərindən olduğunu yazıları, mübarizə dolu həyatı və buna görə qarşılaşdığı məhrumiyyətlərlə göstərmişdir. Puşkinin ailəsinin zəngin və əsilzadə olmasına  baxmayaraq, o öz şəxsi cəhdləri və əzmi ilə qazandığı ədəbiyyat, sənət bilgisinə şəxsi bacarıq və keyfiyyətlərini də əlavə edərək, şair, yazar, maarifçi və ictimai fəal kimi meydana atılmışdır. Əvvəllər Çar sarayında etimad göstərilən şəxslərdən olan Puşkin, sonra sarayı ifşa edən yazılar yazınca işlər tərsinə dönmüşdür və bundan sonra yazdığı əsərləri çapdan əvvəl çarın senzurasından keçirililməyə başlayıb.

İstər şeirlərində, istərsə də digər əsərlərində keçmiş rus ədəbiyyatından fərqli, daha realist bir mövqe tutan tutmuşdur. Rus dilinin incəliklərindən məharətlə istifadə etməsi Puşkini daha da məşhurlaşdırmışdır. Belə ki, sonra gələn böyük rus yazıçıları Qorki, Tolstoy və başqaları həmişə onu özlərinə nümunə götürüblər. Puşkin məhrumiyyətlə dolu həyatının içində sürgün həyatı da var. Dostları sayəsində Sibirə sürgün olunmaqdan canı qurtaran Puşkin, Qafqazda və Ukraynda sürgündə olmuşdur. 1820-1824-cü illərini Odessa şəhərində sürgündə keçirib.

Ukraynanın bu liman şəhəri elə o vaxtlarda da ecazkarlığı ilə tanınırdı. Bu gözəllik böyük şair və yazarı da təsir etmişdir. Sürgün illərində Puşkinin yaşadığı ev bu gün onun ev muzeyi kimi fəaliyyət göstərir. Muzeydə Puşkinin istifadə etdiyi əşyaları, şəxsi əlyazmaları, qeydləri və bir-birindən qiymətli tabloları nümayiş olunur.

Bu sehrli evin pilləkanlarını qalxanda elə bilirsiniz ki, Puşkinin sizi pilləkanın başında gözləyir. Bir çox baxımdan rus ədəbiyyatının lokomotivi, həvəsləndiricisi olsa da, şəxsi həyatı uğursuz olub. Elə nakam sevgilisinə görə girdiyi dueldə ölür.

 

 

Bu gün duel və məhəbbət məsələləri bizə kifayət qədər yad və gülməli görünə bilər lakin, 1800-cü illərin Rusiyası və Avropasında bir qadına aşiq olan iki kişinin öz sevgisini və gücünü göstərmək istəyirsə, yolu dueldən keçməli idi. Puşkinin çox sevdiyi və uzun səylərdən sonra evləndiyi həyat yoldaşı Nataliya Qonçarova, əslində, Puşkinə deyil, Fransız İnqilabından sonra ölkəsini tərk edib Rusiyaya köçən əsilzadə Dantesə aşiq idi. Və bunu bilməyən qalmamışdı.

Ancaq Puşkin həyat yoldaşını kimsəyə verməyə niyyətli deyildi. Sevgisini sübut etmək üçün duel təşkil etmiş və məşhur atıcı olan Dantesin qarşısına çıxır. Rəqibini çiynindən yaralayan Puşkin özü də qarnından yaralanır. Dantes qısa vaxtda sağalsa da, Puşkin aldığı yaradan iki gün sonra həyatını itirir. Beləcə də, rus ədəbiyyatı dahisini cəmi 38 yaşında itirir.

 

Puşkin məşhur şeiri “Mən sizi sevirdim”də öz sevdiyinə belə səslənir:

Mən sizi sevirdim: bəlkə məhəbbət

Tamam sönməmişdir könlümdə hələ,

Qoy eşqim verməsin sizə əziyyət,

Kədərli olmayın bircə an belə.

Ümidsiz sevirdim sizi sakitcə,

Didirdi ruhumu qısqanclıq, təlaş.

Mən sizi sevirdim səmimi, incə,

Beləcə sevəydi başqası da kaş.

Xalqın etirazından qorxan rus çarı, Puşkinin cənazəsini xalqdan gizlədərək gecə yarısı Müqəddəs Georq kilsəsinə gətirmiş və anasının yanında dəfn etdirmişdir. Puşkinin evi uzun müddət insanların ziyarət etdiyi və hörmətlə xatırlandığı yer olmuşdur.

Əgər sizin də yolunuz Ukraynanın Odessa şəhərinə düşsə, Puşkinin adını daşıyan küçədə yerləşən Puşkin Muzeyinə mütləq baş çəkin, onun toxunduğu əşyalara, onun yazdığı yazılara və onun ayaq basdığı pilləkənlərə hiss edərək toxunun.

Hazırladı: Eldar Omarov

Mənbə: https://www.murekkephaber.com/aleksandr-puskin-in-merdivenleri/8269/

 

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın


Copy Right © 2013
Bütün hüquqları qorunur.