Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

“Pulitser” mükafatının laureatları elan olunub

Tarix: 04.09.2019 | Bu məqalə 1. 500 dəfə oxunub.

pulitser-mukafatinin-laureatlari-elan-olunub
ABŞ-ın jurnalistika və ədəbiyyat sahəsində ən nüfuzlu mükafatı sayılan Pulitser laureatları elan olunub. 1917-ci ildən Kolumbiya Universitetinin rəhbərliyi ilə keçirilən mükafatın ədəbiyyat sayəsində bu ilki qalibi Riçard Pauersin (Richard Powers) “The Overstory” adlı romanı olub.

Riçard Pauersin on ikinci kitabı olan “The Overstory” ağacların həyatından, insanın özünü təbiətdən təcrid etməsindən və bunun faciəvi nəticələrindən bəhs edir. “Financial Times” qəzetinin “Amerikanın böyük eko-romanı” kimi qələmə verdiyi əsər “PEN/ Faulkner” və “Man Booker” mükafatlarına da namizəd göstərilib. Bundan əlavə, roman “The New York Times”, “The Washington Post”, “Newsweek”, “Time”, “Chicago Tribune” kimi bir çox qəzet və jurnal tərəfindən 2018-ci ilin ən yaxşı kitablarından biri kimi göstərilmişdir.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın


Copy Right © 2013
Bütün hüquqları qorunur.