
Ölüdaşıyanlar üçün təlimat kitabı
***
Fuad İsayev
- Səhifə: 232
- Ölçü: 135x195
- Çap tarixi: yanvar, 2026
- ISBN: 9789952463453
- Qiyməti: 10 AZN
Bakı, 1992-ci il. Qara adlı köçkün bir gənc bir payız axşamı müəmmalı bir kişi ilə görüşür və bu kişiyə itkin atasının gizli axtarışının başlanması üçün pul çatdırır. Çox ötmür, Qara ona atasının salamat olduğunu soraq verən bu kişinin bədəməlliyini duyur.
Kişi itkin atanın arxasınca getməzdən əvvəl başqa bir ocağa ölü gətirmək üçün maşınını müharibəyə sürür. O səfərindən qayıdanadək Qara səbrlə gözləməlidir. Lakin oğlan şübhələrini başından ata bilmir və kişinin kimliyini müəyyən etməyə qərar verir. Bu vaxt onun ailəsi ilə birgə qaldığı işıqsız yataqxanada neft lampaları birbəbir oğurlanmağa başlayır. Qara indi saysız suallarına təkbaşına cavab tapmalıdır.
Fuad İsayev ovsunlayıcı debüt romanı ilə bizləri zamanın dumanlı qatlarında geriyə aparır, biz iyirminci əsrin bağlanışını gətirən ürəksındırıcı hadisələrə şahid durur, əsrarəngiz dövrün dolaşıqlığında işıq axtarışına çıxırıq.
məlumat daxil edilməyib
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.
Şərh yazın
