Od festivalı

Święto ognia / Jakub Małecki

Yakub Maleski

  • Səhifə: 168
  • Ölçü: 135x195
  • Çap tarixi: 2025
  • ISBN: 9789952463354
  • Qiyməti: 8 AZN

Hər ailənin bir sirri var, kimi onu danışır, kimi isə susqunluq ocağında yandırıb külə döndərir.

Yakub Maleskinin “Od festivalı” romanında ikinci baş verir ‒ deyilənlərdən çox, deyilməyənlər danışır.
Romanın mərkəzində üç fərqli taleyin yolu kəsişir:
Nastka – serebral ifliclə doğulsa da, ruhu azad olan və həyatı öz nağılına çevirməyi bacaran gənc qız. Onun dünyası bu hərəkətsizliyin içində belə rəngarəng, həyat dolu və mütəhərrikdir.
Luska – Nastkanın bacısı. O, balerinadır. Öz arzuları ilə ailə yükünün arasında qalan, özünə yön seçə bilməyən bir qadın… Luska nəyi qurban verəcək: öz azadlığını, yoxsa ailə bağlarını?
Poldek – illər öncə aldığı qərarlarla ailəsinin taleyini fərqli bir istiqamətə yönəldən ata. Onun keçmişi qaranlıq, səssizliyi isə sirlərlə doludur. O, sükutu ilə nələrin üstünə pərdə çəkir, Allah bilir!

Bu üç fərqli səsdə çulğaşan təhkiyədə siz bir labirintə daxil olacaqsınız, orada həyat, ölüm, sevgi və ağır itkinin izləri bir-birinə qarışıb. Səhifələr irələlidikcə yumaq kimi çözülən bu ailə hekayəsi sizi silkələyəcək, düşündürəcək və bir suala fokuslayacaq: İnsan ruhuna həqiqi azadlığı gətirən nədir?

Yakub Maleski poetik dili və incə psixoloji təsvirləri ilə sizə bir ailənin sirr dolu dünyasında itmək və özünüzü yenidən tapmaq fürsəti verəcək. Həqiqət nədir? Əsl azadlıq haradadır? Bunu yalnız ən son səhifədə öyrənəcəksiniz, ya da öyrənməyəcəksiniz.

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.