Nikolya Boneni Şərqə aparan hekayə

məlumat daxil edilməyib

Seymur Oruc

  • Səhifə: 136
  • Ölçü: 135x195
  • Çap tarixi: sentyabr, 2023
  • ISBN: 97899552463286
  • Qiyməti: 7 AZN

“Deyək ki, mən qatiləm. Olsun, deyək ki, həqiqətən, bu belədir.
Bəs mən hansı ölkənin hüquq sisteminə özümü təslim etməliyəm? İngiltərənin? Fransanın? Ermənistanın? Yoxsa Azərbaycanın?”

On səkkiz yaşı təzəcə tamam olmuş Nikolya Bone atasının etirafları ilə ailəsinin doğma övladı olmadığını öyrənir. O buna qətiyyən təəccüblənmir, sanki illərdir ki, bu etirafı gözləyirmiş kimi atasının üzünə soyuqqanlılıqla baxır. Lakin ata susmaq bilmir, o bu gün Nikolyanı təəccübləndirməkdə qərarlıdır. Əvvəlcə onu leqal yollarla götürmədiklərindən bəhs edir. Sonra isə Nikolya öyrənir ki, o, ümumiyyətlə, fransız deyilmiş. Azərbaycanlı imiş. Həmişə avropalı olduğu üçün qürurlanan Nikolya… Bəs görəsən, bu Azərbaycan Avropa ölkəsidir, ya necə? Özü də cəmisi 13000 dollara alıblar? Yəni bu qədər az? İlahi, yəni o bu qədər ucuzdur?

“Nikolya Boneni Şərqə aparan hekayə” Seymur Orucun ikinci romanıdır. Təsadüfi deyil ki, çağdaş Azərbaycan ədəbiyyatında mövzu baxımından nümunəsinə az rastlanan bu roman 2022-ci ildə “TEAS PRESS” nəşriyyatının təsis etdiyi “Gənclərin roman müsabiqəsi”nin laureatıdır (II yer). Kitab Şərq-Qərb münasibətləri və cəmiyyətlər, dəyərlər arasındakı fərqlərin müşayiəti ilə sizi Avropa paytaxtlarına – Parisə, Londona, ardınca isə Qafqaza – Yerevana və Bakıya kimi gətirən həqiqət axtarışının hekayəsidir. Qəhrəmanımız – “Reuters” agentliyinin əməkdaşı Nikolya Bone ən əvvəldə bilmirdi ki, öz həqiqətini tapmaq üçün çıxdığı bu yol onu bir xalqın həqiqət axtarışlarına gətirib çıxaracaq, hətta bəlkə də, bir caniyə çevirəcək…

“Maraqlı və əsrarlı hekayətdir. Gözlərimizi Parisdə yumub Qafqazda açırıq. Nikolya Bone axtarışdadır, özünü, kimliyini axtarır və bizi məcbur edir ki, bu səyahətdə ona yoldaşlıq edək”.
— Xan Abdulla (redaktor)

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.