Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

“Nikolya Boneni Şərqə aparan hekayə” kitabının təqdimatı keçirilib.

Tarix: 31.10.2023 | Bu məqalə 159 dəfə oxunub.

29 Oktyabr “Libraff Park Akademiya”da yazıçı Seymur Orucun “Nikolya Boneni Şərqə aparan hekayə” kitabının təqdimatı keçirilib. Təqdimatda kitaba maraq duyan oxucular iştirak edib. 1994 təvəllüdlü Seymur Oruc ixtisasca mühəndisdir. “Nikolya Boneni Şərqə aparan hekayə” Seymur Orucun ikinci romanıdır. Təsadüfi deyil ki, çağdaş Azərbaycan ədəbiyyatında mövzu baxımından nümunəsinə az rastlanan bu roman 2022-ci ildə “TEAS PRESS” nəşriyyatının təsis etdiyi “Gənclərin roman müsabiqəsi”nin laureatıdır (II yer). Kitab Şərq-Qərb münasibətləri və cəmiyyətlər, dəyərlər arasındakı fərqlərin müşayiəti ilə sizi Avropa paytaxtlarına – Parisə, Londona, ardınca isə Qafqaza – Yerevana və Bakıya kimi gətirən həqiqət axtarışının hekayəsidir. Qəhrəmanımız – “Reuters” agentliyinin əməkdaşı Nikolya Bone ən əvvəldə bilmirdi ki, öz həqiqətini tapmaq üçün çıxdığı bu yol onu bir xalqın həqiqət axtarışlarına gətirib çıxaracaq, hətta bəlkə də, bir caniyə çevirəcək…

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın


Copy Right © 2013
Bütün hüquqları qorunur.