Möcüzə

Wonder | Emma Donoghue

Emma Donohyu

  • Səhifə: 304
  • Ölçü: 140x210
  • Çap tarixi: 2022
  • ISBN: 9789952463224
  • Qiyməti: 12 AZN

Midlend, İrlandiya, 1859-cu il. Florens Naytingelin yetirməsi olan ingilis tibb bacısı Lib Rayt, qeyri-adi bir tapşırıq üçün kasıb bir İrlandiya qəsəbəsinə gəlir. İşi dörd ay yemək yeməyən on bir yaşlı Anna O’donnellə nəzarət etməkdir. Annanın yaşadığı daxmaya onu ziyarət etmək üçün insanlar axın edirlər, bir jurnalist isə bu sensasiyanı işıqlandırmaq üçün dəridən-qabıqdan çıxır. Nadanlıq və mövhumata düşmən olan Lib bu orucun hiylə olduğunu, bir-iki günə məsələni ifşa edəcəyini düşünür. Ancaq Anna ilə keçirdiyi vaxt ərzində qız, irlandlar və özü ilə bağlı bütün fikirləri dəyişir.
Anna fırıldaqçıdır, yoxsa “canlı bir möcüzə”? Yoxsa, Lib böyük bir oyunun içindədir?

 

“Donohyu bu romanında geniş ədəbi üslublardan istifadə edərək yaradıcılığının çoxşaxəli olduğunu nümayiş etdirir…. Diqqətlə hazırlanmış, mürəkkəb şəkildə tərtib edilmiş süjet ona dünya şöhrəti gətirən “Otaq” romanı ilə eyni dərəcədə cəlbedici keyfiyyətlərə malikdir. …. Donohyunun maraqlı romanı dövrün adət-ənənələri və XIX  əsrin katolik dini predmetləri və duaları ilə doludur… və bəzi insanların inanclarını sübut etmək üçün nələrə qadir olduqlarına dair cəsur suallara yönəldir.

―Publishers Weekly

 

“Nəfis bir qotika…. Mürəkkəb personajları ilə bu qaranlıq və parlaq (uğurlu) roman kitabın ideyasına dərindən nüfuz etməyi bacarır”.

― USA Today

 

“Ürək parçalayan və fövqəladə”.

― New York Times

 

“Annanın yavaş-yavaş əriyən bədəni kimi kövrək və insanı narahat edən bir əfsanə… Donohyu bizi təəccübləndirməyi bacarır”.

― Chicago Tribune

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.