- Fabula Kitab - https://www.fabulakitab.az -

“Midnights Children” romanı televiziya serialına çevrilir

midnights-children-romani-televiziya-serialina-cevrilir
Salman Rüşdinin 1981-ci ildə işıq üzü görən “Midnights Children” romanı müasir klassik əsərlərə daxildir. “Hollywood Reporter”in verdiyi xəbərə görə, “Netflix” “Midnights Children” romanını ekranlaşdırmağa hazırlaşır.

Roman 1981-ci ildə “Man Booker” mükafatına layiq görülüb. Həmçinin roman 1993-2008 illər arasında “Man Booker” mükafatı laureatları arasında “Ən yaxşı” əsər seçilmişdi. “Midnights Children” romanı Hindistanın müstəqillik əldə etdiyi illərdə dünyaya gələn və əsrarəngiz gücə malik olan Salim Sinainin həyatından bəhs edir.

Hollywood Reporter”in verdiyi xəbərə görə, “Netflix”in sədr müavini Erin Barmak (E. Barmack) “Midnights Children” layihəsi ilə bağlı bildirib: “Müstəqil Hindistanın doğuşunu müasir bir dillə təsvir edən və milyonlarla insanı özünə valeh eləyən bu romanı dünyaya təqdim etməkdən şadıq”.