Malma stansiyası

Alex Schulman | Malma Station

Aleks Şulman

  • Səhifə: 218
  • Ölçü: 135x195
  • Çap tarixi: oktyabr 2025
  • ISBN: 9789952463491
  • Qiyməti: 10 AZN

“Bir övladı nə vaxt itirdiyini valideyn necə anlaya bilər? Bunun üçün konkret bir an yoxdur. Parça-parça itirirsən — qeyri-müəyyən, yavaş-yavaş yaranan, çətin sezilən dəyişikliklərlə. Amma mütləq bir başlanğıc nöqtəsi olur. Arada yaranan o məsafə… Uşaqla valideyn arasında açılan o kiçik çat. Bir dəfə açıldımı, xırda-xırda böyüyür. Axı əvvəl yox idi… Bəlkə, var idi?”
Qatar hərəkətə gəlir və zaman dayanır, lakin bu dəfə dayanan təkcə saatlar deyil, keçmişin özüdür.
İsveç meşələrinin dərinliyində, durğun bir gölün yaxınlığında bir dəmiryolu stansiyası var: oraya yol alanlarsa nəsə gizlədir, nəsə axtarır. Boşanmaq astanasında olan bir cütlük yeni bir başlanğıc ümidi ilə ora üz tutur, bir ata balaca qızı ilə birlikdə itirdiklərini basdırmağa yollanır, bir qadın isə anasının qoyub getdiyi sirrin “üstünü açmaq” üçün yol alır. İpinin üstü odunsuz qalan Harriet, qətiyyətli Oskar və öz yolunu axtaran Yana — hər biri keçmişin hələ də sızıldayan yarasını içində daşıyır. Onları illər ayırır, lakin relslər bir nöqtədə birləşdirir — Malma stansiyasında…
Şulman lokomotivə ard-arda xatirələr qoşur: hər fəsil sanki başqa bir vaqondur, mətn zamanın içində irəli-geri yırğalanır; hər dayanacaqda bir iz, hər izdə bir günahın üstü açılır. Bu əsər nəsildən nəslə ötürülən haqsızlıqların, yonulmamış xarakterlərin və ailə faciələrinin romanıdır — üslubu ilə heyrətləndirən, məzmunu ilə ürək ağrıdan şah əsərlərdəndir.
“Malma stansiyası” oxucuya bunları pıçıldayır: insan, bəlkə, gələcəyini deyil, keçmişini dəyişməlidir.
Qatar irəlidə dayanacaq, qərar vermək lazım gələcək — hansı xatirəni özümüzlə aparacağıq, hansını sükuta göməcəyik?

“Roman sizi emosional bir labirintin dərinliklərinə çəkir. Parlaq, tükürpərdici və unudulmaz…”
— Fredrik Bakman, “A Man Called Ove” romanının müəllifi

““Malma stansiyası” ata-analardan uşaqlara ötürülən mənəvi-psixoloji mirasın insanı necə formalaşdırdığı haqqında incə, eyni zamanda dərin və mürəkkəb bir hekayədir”.
— “The Guardian” qəzeti

“Cənab Şulmanın amansız, lakin bir o qədər də mərhəmətli romanı heç kimə, hətta oxucuya da rəhm etmir”.
— Tom Nolan, “The Wall Street Journal”

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.