Kaş unudaydım

Joze Eduardu Aqualuza

Teoria Geral do Esquecimento | Jose Eduardo Agualusa

  • Səhifə: 176
  • Ölçü: 135x190
  • Çap tarixi: 2019
  • ISBN: 9789952463095
  • Qiyməti: 8 AZN

Ludu yeniyetməlik çağında psixoloji travma alır. Hadisənin üstündən illər keçsə də, açıq məkanda görünmək qorxusu canından çıxmır. Hətta həyətdəki dükana belə böyük qara çətirlə gedir. Bacısı ərə gedib Portuqaliyadan Anqolaya köçəndə onunla getməli olur. Ludu Anqolada onu gözləyən taleyindən xəbərsizdir. Anqolada çevriliş baş verir və ölkədə özbaşınalıq ayaq açıb yeriyir. Gözlənilmədən evdə tək qalan Ludunun xarici dünyadan özünü qorumaq üçün bircə çıxış yolu qalır: mənzilin giriş qapısına divar hörmək. Və beləcə, onun otuz illik guşənişin həyatı başlayır. Evin divarlarına taleyini, tənhalığını sətir-sətir yazır. Ancaq xarici dünya yenə də ondan əl çəkmir, yavaş-yavaş həyatına soxulur. Nəhayət, bir oğlanın taxtabəndə dırmanıb Ludunun mənzilinə girməsi ilə bu təcrid həyatı sona çatır.

“Kaş unudaydım” romanı yaddaş və yaddaşsızlıqdan, tənha keçən ömürdən, unutmaq və eyni zamanda hər şeyi xatırlamaq cəhdindən bəhs edir. Roman 2017-ci ildə Beynəlxalq “Dublin” ədəbiyyat mükafatına layiq görülüb, 2016-cı ildə isə Beynəlxalq “Buker” mükafatına namizəd göstərilib.

“Con Maksvell Kutzee ilə Qabriel Qarsiya Markesi qarışdırsanız, Joze Eduardu Aqualuza alınar: Portuqaliyanın “Nobel”ə növbəti yazıçı namizədi.”
Alan Kaufman / nasir, memuarist, şair

““Kaş unudaydım” romanı oxucunu “qəhrəmanla” “anti-qəhrəmanın” arasındakı sərhədi və tarixlə təxəyyül arasındakı münasibəti anlamağa dəvət edir. Qısası, yaxşı ədəbiyyatın elədiyini edir: kitabı əlinə götürən buraxa bilmir.”
Maaza Menciste / Efiopiya-Amerika yazarı

“Portuqal-anqola yazıçısı Joze Eduardu Aqualuza da Fernando Pessoa və Xorxe Luis Borxes kimi yaratdığı xəyali aləmlərlə oyun çıxaran bir hoqqabazdır… Aqualuza özünəxas üslubu ilə detektivdən pastoral təsvirlərə məharətlə keçir. Onun ürəyi personajları ilə birlikdə döyünür, hər bir qəhrəmanı oxucunu valeh edir, idrak və empatiya sərhədlərini genişləndirir.”
Star Tribun (Star Tribune) qəzeti

“Anqolanın ən yenilikçi yazarlarından Joze Eduardu Aqualuza real hadisələr əsasında qələmə aldığı bu romanı vasitəsilə Anqolanın təbəddülatlı keçmişini göz önünə sərir… O, portuqaldilli Afrika ölkələrinin ən qabaqcıl yazarlarından biridir. Romanın bir personajı deyir ki, “Maraqlı bir hekayən varsa, sən kral sayılırsan”. Əgər bu, doğrudursa, Aqualuza özünü qitənin krallarından biri saymalıdır.
Fayneyşıl tayms (The Financial Times)

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.