Finlandiya. Ağ zanbaqlar ölkəsi

Fin xalqının dirçəliş salnaməsi

Qriqori Petrov

  • Səhifə: 176
  • Ölçü: 135x210
  • Çap tarixi: 2019
  • ISBN: 9789952463101
  • Qiyməti: 9 AZN

“Finlandiya. Ağ zanbaqlar ölkəsi” əsəri Finlandiyanın qurulmasını, onun bataqlıq ərazidən ağ zanbaqlar ölkəsinə çevrilməsini təsvir edən Qriqori Petrovun ən məşhur əsəridir. Bu əsər müəllifin XIX əsrin əvvəllərində Finlandiya səyahətində tutduğu qeydlər əsasında yazılmışdır.

Əsərdə Finlandiyanın daşlı və bəhrəsiz torpaqlarından, savadsız və kasıb insanlarından, sürətlə pozulan cəmiyyətindən, azadlıq və sivilizasiya yolu ilə inkişafından, ziyalıların xalqı oyandırmasından, bugünkü fin mədəniyyətinin, sənayesinin və təhsilinin əsas təməllərinin atılmasından bəhs edilir. Müəllif demək istəyir ki, insanlar istəsələr, cəmiyyətin bütün sahələrində uğur qazana bilərlər. Kitab bizə bu ideyanı aşılayır, nümunə və faktlarla göstərir.

Beləliklə, kitabı oxuyan hər kəs “Bizdə nə çatışmır?” sualını özünə verəcək, gücün əsl mənbəyini tapacaqdır.

“Xalqı yaddan çıxarmayın! Hamınız xalqın içindən çıxmısınız. Bəs indi nə ilə məşğulsunuz? Savadsız həmvətənlərinizdən qaçırsınız? Yoxsa, xalqımızın firavanlığı üçün yollar axtarırsınız? Cəmiyyətin mədəni inkişafı naminə hansı işləri görürsünüz?”

“Gəncləri günahlandırmayın, özünüzü qınayın. Qəbahət gənclərdə deyil, sizdədir. Siz gəncləri necə tərbiyə edirsinizsə, onlar da elə yetişirlər. Gənclərə hansı tərbiyəni verirsiniz?”

“Qədim yunan mütəfəkkiri Sokrat meydanlarda illərlə həyatın gözəllik və gerçəklərini xalqa öyrətmişdir. Müasir Sokratlar hardadır?”

“Müdrik bir atalar sözündə deyilir ki, yeni cəmiyyətlər özləri ilə yeni nəğmələr gətirir. Zaman ötdükcə nəsillər də dəyişir və inkişaf edir. Hər nəsil özü ilə birlikdə yeni anlayışlar, yeni ehtiyaclar və yeni arzular gətirir.”

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.