Çətin zamanlarda xoşbəxtlik

Happiness in hard times | Andrew Matthews

Endryu Metyuz

  • Səhifə: 244
  • Ölçü: 135x195
  • Çap tarixi: mart 2026
  • ISBN: 9789952578300
  • Qiyməti: 11

Bu kitabdan sonra xoşbəxt olmamaq üçün bəhanəniz qalmayacaq.

Həyatın sınağına tuş gələnlər üçün “yol xəritəsi”
Bəzən insana elə gəlir ki, dünya üstümüzə gəlir: işimizi itiririk, borclar yığılır, güzgüdə gördüyümüz əksimizdən narazı qalırıq və ya o “düzgün insan” heç cür qarşımıza çıxmır. Endryu Mettyuz bu kitabında bizə sadə, lakin sarsılmaz bir həqiqəti xatırladır: Xoşbəxtlik xarici şərtlərin nəticəsi deyil, sizin daxili seçiminizdir.
Bu kitab sizə nə vəd edir?
Quyudan zirvəyə: Maddi və mənəvi tənəzzüldən sonra yenidən dirçəlişin praktik strategiyalarını;
Özünlə barışmaq: Qüsurlarınızla mübarizə aparmaq əvəzinə, özünüzü olduğunuz kimi sevməyi və bu sevginin gətirdiyi dəyişmə gücünü;
Tarazlıq sənəti: Əldə etdiklərinizlə xoşbəxt olmağı bacarıb, eyni zamanda daha böyük hədəflərə doğru addımlamağı;
Münasibətlərdə reallıq: Qarşı tərəfdən xoşbəxtlik ummaqdan qurtulub, həm tək-tənha qalanda, həm də partnyorunuz gözləntilərinizi doğrultmadıqda mənəvi rahatlığı qorumağı.
Sadəcə nəzəriyyə deyil, real zəfər hekayələri!
Siz bu kitabda uçurumun kənarına qədər gələn, həyatın amansız üzünü görmüş və ya öz yanlış addımları ilə quyunun dibinə yuvarlanmış insanların hekayələrini oxuyacaqsınız. Onların ortaq cəhəti isə birdir: Hər şeyə rəğmən ayağa qalxmaq!

“Mettyuzun qələmi ruhunuz üçün bir terapiya seansıdır. Bu kitab rəfə qoymaq üçün deyil, ənam çətin anlarda pənah yeridir.”
— Pablişer Vikli (Publisher Weekly)

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.