
Biz bu işi belə görmürük. Şirkətlərin yüksəlişi, tənəzzülü və yenidən yüksəlişi haqqında hekayə
John Kotter, Holger Rathgeber | That’s Not How We Do It Here!: A Story About How Organizations Rise, Fall–and Can Rise Again
Con Kotter, Holqer Ratqeber
- Səhifə: 168
- Ölçü: 135x195
- Çap tarixi: iyun 2025
- ISBN: 9789952463439
- Qiyməti: 15 AZN
İş yerində dəyərli bir fikir söyləyəndə ən mənfi cavab nə ola bilər?
“Biz bu işi belə görmürük!”
Con Kotter və Holqer Ratqeberin bestsellerə çevrilmiş “Bizim aysberqimiz əriyir” kitabında böyük dəyişikliklərə uyğunlaşmaq və bu prosesi uğurla idarə etmək yollarını pinqvinlər haqqında sadə bir hekayə ilə çatdırırlar. Bu dəfə isə müəlliflər yeni bir hekayə-təmsillə geri qayıdıblar. Burada şirkətlərə ən ciddi çətinliklərin öhdəsindən gəlmək və onları misilsiz fürsətlərə çevirmək yollarını göstərirlər.
Bir zamanlar Cənubi Afrikada, Kalaxari səhrasında surikatlardan ibarət bir klan yaşayırdı. İllərlə davam edən sabit inkişafdan sonra bölgəni bürüyən quraqlıq onların resurslarını kəskin azaldır, bu azmış kimi, amansız leşyeyənlərin hücumları da artır. Vəziyyət pisləşdikcə surikat klanının sabitliyi pozulur. Klan başçıları çıxış yolları barədə bir-biri ilə mübahisə edir, gələn yeni təklifləri isə “Biz bu işi belə görmürük!” deyib rədd edirdilər.
Beləliklə, yenilikçi və cəsur bir surikat olan Nadya klanına kömək etmək üçün ideyalar axtarışına çıxır. O, tamam fərqli şəkildə idarə edilən – daha çevik qərarlar verən və komanda ruhu ilə yaşayan kiçik bir surikat qrupu ilə qarşılaşır. Bu kiçik klan həm qida tapmaq, həm də leşyeyənlərdən qorunmaq üçün kreativ yollar kəşf edib. Amma bu qrupun daxilində hər şey ilk baxışda göründüyü qədər mükəmməl deyil.
Nadya hər iki dünyanın, yəni böyük, nizam-intizamla idarə olunan klanla kiçik, çevik və yenilikçi surikat qrupunun ən yaxşı cəhətlərini birləşdirə biləcəkmi? Və bunu vaxtında gerçəkləşdirməyi bacaracaqmı?
Bu kitab Kotterin illərlə apardığı tədqiqatlara və zəngin təcrübəsinə əsaslanaraq şirkətlərin yüksəliş və iflas səbəblərini izah edir, eyni zamanda onların yenidən dirçələrək keçmiş ehtişamlı günlərinə dönə biləcəyini də göstərir.
məlumat daxil edilməyib
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.
Şərh yazın