Bir daha qum canavarı

Sandvargen och hela härligheten | Åsa Lind

Osa Lind

  • Səhifə: 112
  • Ölçü: 135x195
  • Çap tarixi: 2021
  • ISBN: 9789952463170
  • Qiyməti: 5 AZN

“− Qaçdım, evdən qaçdım, − Zakarina dedi.
− Doğrudan? Bəs onda hara qaçacaqsan?
Zakarina dayanıb əli ilə işarət etdi.
− Ora.
− Yox! Elə ora? Hündür küknarların bitdiyi yerə? Amma onda səni rahatlıqla tapacaqlar. Həm də dərhal!
Zakarina qəzəblə quma təpik atdı. Bəzən qum canavarı çox sadə şeyləri belə bilmirdi.
− Elə məqsəd də budur. Məni tapsınlar. Evdən elə onun üçün qaçırlar da! Məgər bilmirdin?
Qum canavarı boğazını artlayıb boynunu qaşıdı. Əlbəttə ki, bundan xəbəri var idi. Bunu hər kəs bilir. Elə evə qayıtmaq üçün evdən qaçırlar.”
Zakarinanın qum canavarı ilə macərası davam edir…
Bir gün Zakarina dəniz sahilində bir quyu qazır. Quyuda çox nadir bir qum canavarına rast gəlir. Sapsarı canavar par-par parıldayır, özü də günəşin və ayın işığı ilə qidalanır. Zakarina ilə qum canavarı arasında möhkəm dostluq yaranır. Zakarina hər dəfə suallarla qarşılaşanda birnci qum canavarına baş çəkir. Elə bir sual yoxdur ki, qum canavarı ona vacab tapmasın, onu izah eləməsin. Ancaq canavar suallara birbaşa cavab vermir, Zakarinaya fərqli baxış bucağından yanaşmağı öyrədir, ona həlli deyil, həll yollarını göstərir. Məsələn, Zakarina bir gün canavara: “Mən dünyaya gəlmədən hardaydım?” deyir. Qum canavarı isə qısaca: “Bunu ancaq sən bilə bilərsən. Bu, sənin hekayəndir” cavabını verir.
Qum canavarı Zakarinaya təfəkkürün qapılarını açır, qızcığaz da kiçik addımlarla o qapıdan keçir.
“Qum canavarı” silsiləsi həm uşaqlar, həm də valideynlər üçün nəzərdə tutulmuşdur. 2003-cü ildə kitab “Nils Holgersson-plaketten” mükafatına layiq görülmüş, həmin ilin avqust ayında isə kitabın ikinci cildi, “Daha çox qum canavarı” eyni mükafata namizəd göstərilmişdir.

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.