Mən Tollakam, İnqeborqun Tollakı

Tore Renberg | Tollak til Ingeborg

Ture Renber

  • Səhifə: 132
  • Ölçü: 135x195
  • Çap tarixi: fevral, 2026
  • ISBN: 9789952463408
  • Qiyməti: 7 AZN

Hər kəs onu tanıdığını sanırdı. Amma heç kim həqiqəti bilmirdi.

Dağların qoynundakı köhnə mişarxanada bir qoca yaşayır: Tollak. Qəsəbə sakinləri üçün o sadəcə tərs, inadkar və müasir dünya ilə barışa bilməyən köhnəfikirli bir insandır. Onu həm də “İnqeborqun Tollakı” deyə çağırırlar, çünki o yalnız bir qadını, illər əvvəl yoxa çıxmış həyat yoldaşı İnqeborqu dəli bir ehtirasla sevmişdi.

Övladları atalarının ağır xarakterindən və uşaqlıqlarının qaranlıq xatirələrindən qaçaraq şəhərə sığınıblar. İndi onun yanında yalnız cəmiyyətin “axmaq” deyib burunladığı Oddo qalıb. Lakin Tollak ölür. Və dünyadan köçməzdən əvvəl çoxdandır üzünü görmədiyi uşaqlarını bura çağırmağa məcburdur.

Onun içində illərdir susdurulmuş bir qəzəb, hər kəsdən gizlədilmiş dəhşətli sirlər və paylaşmaq istədiyi son bir həqiqət var.

Norveç kitabçılarının rəyinə əsasən, 2020-ci ilin ən yaxşı romanı seçilən bu əsər bir ailənin dağılması, ehtiraslı bir sevgi və müasir dünyaya müqavimət göstərən bir adamın daxili fırtınası haqqındadır. Bu əsər adi bir roman deyil, triller qədər gərgin, sevgi romanı qədər kədərli və bir etiraf qədər səmimi bir hekayədir.

Tollakın gücü həm qurmağa, həm sevməyə, həm də məhv etməyə yetirdi. Bəs o hansını seçdi?

Bu roman texniki baxımdan qüsursuzdur: keçmişlə bu gün faciəvi və tənha bir insanın həyatında ustalıqla iç-içə keçir. Tollak urbanizasiyaya, getdikcə rəqəmsallaşan dünyaya, praqmatizmə və mediaya qarşı ucalan gursəsli bir etirazdır. Onu həqiqətən hərəkətə gətirən yeganə qüvvə isə sevgidir.

Ture Renberin Tollakı sanki yaxın keçmişdən bizə səslənir. Çünki o, zəmanə ilə ayaqlaşmaq istəməyən, ya da ayaqlaşmağı bacarmayan və bu yeni dünyada necə yaşayacağını müəyyənləşdirə bilməyən obrazlardan biridir. Yazıçı bu romanda həm inanılmaz dərəcədə güclü bir bədii portret, həm də sarsıdıcı bir ailə faciəsini təsvir etmişdir. “Mən Tollakam, İnqeborqun Tollakı” Renberin iyirmi beş illik yazıçılıq fəaliyyətinin zirvəsidir.

Marta Nurheym (Marta Norheim) NRK (Norveç İctimai Yayım Kompaniyası)

Bu payızın (2020) ən təsirli kitabıdır! Bir insanın bədii portreti, faciəvi bir ailə hekayəsi, bir az müasir mədəniyyətin tənqidi, gözəl bir sevgi macərası… Və bir triller.
“Mən Tollakam, İnqeborqun Tollakı” möhtəşəm və güclü bir təhkiyə ilə hadisələrin pərdəarxasın qat-qat açır. Çəkinmədən deməliyəm ki, bu əsər mənə Knut Hamsunu xatırladır.

Yan Ö Helqesen (Jan Ø Helgesen), “Nettavisen” (Norveçin ilk onlayn qəzeti)

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın



Copy Right © 2013
Bütün hüquqları qorunur.