
Bizim aysberqimiz əriyir. Hər şəraitdə dəyiş və uğur qazan |
John Kotter, Holger Rathgeber | Our Iceberg Is Melting: Changing and Succeeding Under Any Conditions
Con Kotter, Holqer Ratqeber
- Səhifə: 144
- Ölçü: 135x195
- Çap tarixi: iyun 2025
- ISBN: 9789952463422
- Qiyməti: 13 AZN
Elə bir dünyada yaşayırıq ki, burada davamlı şəkildə ehtiyac duyduğumuz yeganə şey dəyişiklikdir. Demək, şirkət, qurum, təşkilatların daha effektiv fəaliyyət göstərməsinə kömək edəcək vasitə və metodlara hər zaman tələbat vardır. Kəskin rəqabət mühitində uğur qazanmaq və həmişə şəksiz lider olmaq üçün diqqətinizi mal və xidmətlərin keyfiyyətinə dair müəyyən gözləntiləri olan əsas istehlakçıya yönəltməlisiniz.
Bu gözləntilərin səviyyəsi isə durmadan artır, həmçinin şirkətlərdən çeviklik, yaradıcılıq və kreativlik tələb edir. Bu cür bazar şəraitində dəyişikliklərə düzgün reaksiya vermək və onları effektiv idarə etmək bacarığı, demək olar ki, əsas rəqabət üstünlüyü hesab edilir.
Son illərdə dəyişiklik mövzusuna maraq hiss ediləcək dərəcədə artmışdır.
Bu gün mövcud dəyişikliklər bizim həyatımızdır, hər gün qarşılaşdığımız reallıqlardır. Bəyənsək də, bəyənməsək də, daima xarici aləmin təsirinə məruz qalırıq. Bu təsirə reaksiya verməklə özümüz də dəyişirik: ayrı-ayrı fərdlər, şirkətlər, sistemlər, ölkələr dəyişir.
Əlinizdə tutduğunuz kitabın müəllifi Con P.Kotter Harvard Biznes Məktəbinin müəllimi, professor, liderlik və dəyişikliklərin idarə edilməsi sahəsində dünyaşöhrətli ekspertdir. Onun kitabları dünyanın səksən dilinə tərcümə olunmuşdur. Ən məşhur əsərləri bunlardır: “Dəyişikliklərin mahiyyəti” (“The Heart of Change”, 2002), “Kotterin liderlərin, sözün həqiqi mənasında, nə işlə məşğul olduqları haqqında fikirləri” (“John P. Kotter on What Leaders Really Do”, 1999), “Matsuşitanın liderliyi” (“Matsushita Leadership”, 1997), “Dəyişikliklərə rəhbərlik” (“Leading Change”, 1996), “Yeni qaydalar” (“The New Rules”, 1995), “Korporativ mədəniyyət və effektivlik” (“Corporate Culture and Performance”, 1992), “Liderlik faktoru” (“The Leadership Factor”, 1988), “Güc və nüfuz” (“Power and Influence”, 1985), “Baş direktorlar” (“The General Managers”, 1982).
“Bizim aysberqimiz əriyir” – Con P.Kotterin dəyişikliklərlə işləməyə həsr etdiyi silsilələrin ən uğurlu davamıdır. Bu kitab təmsil janrında yazılmışdır. Təmsildə vacib olan bütün motivlər burada da var: intriqa, maraqlı süjet, təmsil personajları və xoşbəxt sonluq.
Lakin siz bircə anlıq metaforik obrazlardan və təmsil süjetindən ayrılıb çağdaş dünyaya baxsanız, təmsilə köçürülmüş müasir biznesin reallıqlarını görəcəksiniz. Özünüzü və həmkarlarınızı tanıyacaqsınız. Öz təşkilatınızı kənardan görmək imkanınız yaranacaq və bu zaman çox asanlıqla düzgün qərarlar verə biləcəksiniz.
Bu kitabı oxuduqca siz dəyişiklikləri həyata keçirmək üçün effektiv bir alqoritmlə tanış olacaqsınız. Bu alqoritm sizə çətin situasiyaları aşmağa, komandanızın emosional durumunu düzgün idarə etməyə və uğur qazanmağa kömək edəcəkdir.
— Keyt Ronald Sanders
“Coca-Cola HBC Eurasia” MMC-nin baş direktoru
məlumat daxil edilməyib
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.
Şərh yazın